Qubada avtomobilin vurduğu piyada ölüb

Qubada avtomobilin vurduğu piyada ölüb
  • Clock-gray 14:12
  • calendar-gray 21 Noyabr 2020

Qubada yol-nəqliyyat hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mərbuat xidmətindən APA-ya bildirilib ki, noyabrın 20-də  saat 19 radələrində Quba rayonunun  2-ci Nügədi kəndi ərazisində kənd sakini N.Hüseynzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Sənurə İsayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

 

Əsmər Qabil

Digər xəbərlər