Qubada dağlıq ərazidə yanğın olub - YENİLƏNİB

Qubada dağlıq ərazidə yanğın olub - YENİLƏNİB
# 10 avqust 2020 14:57 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Qubada dağlıq ərazidə baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Quba rayonu, Dəvədabanı yaşayış massivində 30 ha biçilmiş taxıl sahəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Yanğın qısa müddətdə söndürülüb.

***

13:29

Qubada dağlıq ərazidə yanğın olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan APA-ya verilən xəbərə görə, avqustun 10-da səhər saatlarında Quba Rayon Polis Şöbəsinə rayonun Dəvədabanı yaşayış massivi ətrafında olan dağlıq ərazilərdə yanğın baş verməsi barədə məlumatlar daxil olub. Daxil olan məlumatla əlaqədar polis əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və yanğının qarşısının alınmasında FHN-nin əməkdaşları ilə birlikdə fəal iştirak ediblər.

Əsasən fiziki qüvvə ilə yanğınları tez bir zamanda ram etməyə müvəffəq olan RPŞ-nin və FHN-nin əməkdaşları, hadisənin baş verdiyi ərazilərdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, alovların miqyasının böyüməsinin qarşısını vaxtında alıblar.

Yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR