Qubada gecə saatlarında fəaliyyət göstərən kafe aşkar edilib

Qubada gecə saatlarında fəaliyyət göstərən kafe aşkar edilib
  • Clock-gray 10:33
  • calendar-gray 08 Aprel 2021

Qubada gecə saatlarında fəaliyyət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan APA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman rayonun Qaraçay kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti işlədən İlqar Ağarzayev və orada olan 4 nəfər şəxs inzibati qaydada məsuliyyətə cəlb olunublar. 

Qaydaları pozan şəxslərlə bir daha profilaktiki söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi çatdırılıb.

Sail Ağasəlim

Digər xəbərlər