Qubada gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib

Qubada gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib
# 02 aprel 2021 10:18 (UTC +04:00)

Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında inzibati ərazidə xidmət aparan zaman rayonun Barlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən restoran aşkarlayıblar.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan bildirilib.

Verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Elnur Həsənəliyev və orada olan müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR