Qubada karantin qaydalarını pozan telefon satışı və təmiri mərkəzi aşkarlanıb

Qubada karantin qaydalarını pozan telefon satışı və təmiri mərkəzi aşkarlanıb
# 07 dekabr 2020 12:43 (UTC +04:00)

Qubada karantin qaydalarını pozan obyektin fəaliyyəti dayandırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejim qaydalarına əməl olunması ciddi nəzarət edilir.

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman qaydaları pozaraq fəaliyyət göstərən telefon satışı və təmiri mərkəzi aşkarlayıblar.

Həmin obyektin fəaliyyəti dərhal dayandırılıb, orada çalışan altı işçi barədə inzibati qaydada tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR