Qubada süni göldə batan 66 yaşlı kişinin cəsədi tapılıb - YENİLƏNİB

Qubada süni göldə batan 66 yaşlı kişinin cəsədi tapılıb - YENİLƏNİB
# 25 iyul 2020 19:19 (UTC +04:00)

Quba rayonunda süni göldə batan 66 yaşlı kişinin cəsədi sudan çıxarılıb.

FHN-dən APA-ya verilən məlumata görə, Quba rayonunun Vəlvələ kəndində, süni göldə batdığı ehtimal olunan 1954-cü il təvəllüdlü Quliyev Surəddin Heydər oğlunun axtarışları başa çatıb. S. Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

18:45

Quba rayonunda 66 yaşlı kişi süni göldə batıb.

FHN-dən APA-ya verilən məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə Quba rayonunun Vəlvələ kəndində, süni göldə 1954-cü il təvəllüdlü Quliyev Surəddin Heydər oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR