Qubada yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

Qubada yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb
# 03 aprel 2021 12:44 (UTC +04:00)

Qubada yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan APA verilən məlumata görə, Quba rayonu Qaraçay kənd sakini Ülkər Allahverdiyevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin qadın təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edərək digər insanlar üçün real təhlükə yaradıb.

Polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Ü.Allahverdiyevanın törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Quba RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR