Qubada yolu keçən qadını maşın vuraraq öldürüb - FOTO

Qubada yolu keçən qadını maşın vuraraq öldürüb - FOTO
# 24 sentyabr 2020 15:55 (UTC +04:00)

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun rayonun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Hyundai" markalı avtomobil yolu keçmək istəyən Quba rayonu, Amsar kənd sakini Əminə Xələfovanı vuraraq öldürüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR