Qusar və Şəmkir sakinlərindən odlu silah götürülüb

Qusar və Şəmkir sakinlərindən odlu silah götürülüb
  • Clock-gray 13:53
  • calendar-gray 22 Mart 2021

Qusar və Şəmkir sakinlərindən ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yasab-tala kəndində yaşayan T.Əmirbəyovun evinin həyətinə baxış zamanı oradan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şeyidlər kənd sakini E.Bayramovdan müvafiq sənədləri olmayan “İJ-26” markalı ov tüfəngi götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər