Qusarda bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Cibir kəndində qeydə alınıb. Kənd sakinləri - 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev və 2014-cü il təvəllüdlü Gülay Şeydayeva həyətdə oynayarkən mişar daşı ilə hörülmüş hasar və hasarın tərkib hissəsi olan daş tumbalar, dəmir qapı uşaqların üstünə aşıb.
Hadisə nəticəsində A.Əlisultanov açıq kəllə-beyin travması alaraq hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.