Qusarda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb

Qusarda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb
  • Clock-gray 12:48
  • calendar-gray 27 Yanvar 2021

Qusarda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir. 

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Mübariz Musayev və orada olan 8 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər. 

Həmin şəxslər barəsində İXM-nin 211.1-ci maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

 

Səlcuq Elçin

Digər xəbərlər