Qusarda qardaşını qətlə yetirən şəxsin istintaqı başa çatıb

Qusarda qardaşını qətlə yetirən şəxsin istintaqı başa çatıb
  • Clock-gray 09:02
  • calendar-gray 10 İyul 2020

Qusarda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Raul Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il Qusar rayonunda qeydə alınıb. Bakı şəhərində qeydiyyatda olan, müvəqqəti olaraq Qusarda yaşayan 1970-ci il təvəllüdlü Orucov Raul Luğman oğlu şəxsi münaqişə zəminində qardaşı, 1972-ci il təvəllüdlü Orucov Kamran Luqmanoviçi bıçaqlayaraq qətlə yetirib.

 

Səlcuq Elçin

Digər xəbərlər