Qusarda saxta əskinaslar saxlayan şəxslər tutulub

Qusarda saxta əskinaslar saxlayan şəxslər tutulub
# 05 aprel 2021 12:43 (UTC +04:00)

Qusarda saxta əskinaslar saxlayan şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Kazımov mağazasına gəlmiş şəxslərin alış-veriş edib 1 ədəd 100 dollarlıq saxta əskinas verdiyin bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər Gəncə şəhər sakinləri Q.Mahmudova və əvvəllər məhkum olunmuş S.Əliyev, əvvəllər məhkum olunmuşlar Bakı şəhər sakinləri E.Həsənov, O.Məmmədov və Sumqayıt şəhər sakini G.Eynullayeva saxlanılıblar.

Onlardan ümumilikdə 70 ədəd 100 dollarlıq saxta əskinas götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR