Qusarda usta işlədiyi evlərdən oğurluq edib

Qusarda usta işlədiyi evlərdən oğurluq edib
# 09 iyul 2020 10:41 (UTC +04:00)

Qusarda beş evdən oğurluq edən usta tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan APA-ya verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən beş fərdi yaşayış evindən müxtəlif növ təmir-tikinti alətləri və elektrik naqilləri oğurlamaqla zərərçəkmişlərə maddi ziyan vuran usta saxlanılıb.

Araşdırmalarla onun Sabirabad rayon sakini Bağır Bağırov olduğu müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR