Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxsin meyiti çıxarılıb

Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxsin meyiti çıxarılıb
# 29 yanvar 2021 05:11 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunun Bolsulu kəndində “VAZ” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1993-cü il təvəllüdlü İsmayılov Nicat Polad oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR