Rəşid Behbudov küçəsində binanın damında baş vermiş yanğın söndürülüb - FOTO - VİDEO

Rəşid Behbudov küçəsində binanın damında baş vermiş yanğın söndürülüb - FOTO - VİDEO
# 20 fevral 2020 22:49 (UTC +04:00)

Bakının Nəsimi rayonunda, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış binasının damında yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə də məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hazırda ərazidə müayinələr aparılıb. Hadisə nəticəsində beşmərtəbəli yaşayış binasının çardağının taxta atmaları 20 m² sahədə və çardağına yığılan taxta tullantıları 15 m² sahədə yanıb.

Qeyd edək ki, yanğınla əlaqədar ətraf küçələrdə hərəkət məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR