Rusiya qətldə təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib

Rusiya qətldə təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə  axtarışa verib
# 08 aprel 2021 16:24 (UTC +04:00)

Rusiya hüquq-mühafizə orqanları 40 yaşlı azərbaycanlını beynəlxalq axtarışa verilib.

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 1981-ci il təvəllüdlü Rahim Xəlilov muzdla qətl törətməkdə (zorakılıq, soyğunçuluq və ya banditizmlə müşayiət olunan) təqsirli bilinir.

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib, saxlanılması üçün İnterpola müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR