Rüşvət almaqda təqsirləndirilən sabiq rəis barəsində həbs qətimkan tədbiri seçilib

Rüşvət almaqda təqsirləndirilən sabiq rəis barəsində həbs qətimkan tədbiri seçilib
# 18 dekabr 2020 10:15 (UTC +04:00)

Binəqədi rayon Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayon Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi Oruc Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

APA xəbər verir ki, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, O. Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, O. Məmmədov bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

Daha sonra o, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən O. Məmmədov barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR