SOCAR: Sumqayıt Etilen-polietilen zavodunda yanğında xəsarət alanlar var

SOCAR: Sumqayıt Etilen-polietilen zavodunda yanğında xəsarət alanlar var
# 07 avqust 2020 13:04 (UTC +04:00)

“Sumqayıt Etilen-polietilen zavodu üç gündür dövrü təmirə dayandırılıb. Hazırda zavod fəaliyyət göstərmir və yanğın istehsalat prosesi çərçivəsində baş verməyib”.

Bunu APA-ya SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini​ İbrahim​ Əhmədov deyib.

Onun sözlərinə görə, ilkin ehtimal budur ki, hadisə qaynaq işləri zamanı baş verib: “Ehtimal edilir ki, ola bilsin, podradçı tərəfindən aparılan qaynaq işləri zamanı alışma baş verib. Amma bu, araşdırmalardan sonra dəqiqləşdiriləcək. Qısamüddətli alışma olub. Zavoda hər hansı zərər dəyməyib. Lakin bir neçə əməkdaş xəsarət alıb. Xəsarət alanlar arasında həm SOCAR-ın, həm podradçı “Azfen” şirkətinin əməkdaşları​ var. Xəsarət alanların vəziyyəti orta ağırlıqda dəyərləndirilir. Onlar xəstəxanaya yerləşdirilib”.

Qeyd edək ki, bu gün SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen Zavodunda yanğın baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR