Saatlı sakini 4 nəfər tərəfindən döyülərək ağır xəsarət alıb

Saatlı sakini 4 nəfər tərəfindən döyülərək ağır xəsarət alıb
  • Clock-gray 19:14
  • calendar-gray 31 Oktyabr 2020

Saatlı sakini 4 nəfər tərəfindən döyülərək kəllə-beyin travması alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Nabat kəndində qeydə alınıb.

Hasar üstündə dava edən qonşular kənd sakini, 1977-ci il təvəllüdlü Həsənov Hikmət İsrafil oğlunu döyərək ağır xəsarətlər yetiriblər.

Kəllə-beyin travması alan 43 yaşlı kənd sakini Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Polis hadisədə iştirak edən Həsənov Faiq Mirzəğa oğlu, Həsənov Süleyman Faiq oğlu, Həsənov Rail Faiq oğlu və Sadatov Yunis Zöhrab oğlunu saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

Digər xəbərlər