Saatlı sakinindən odlu silah və narkotik götürülüb

Saatlı sakinindən odlu silah və narkotik götürülüb
  • Clock-gray 12:42
  • calendar-gray 24 Noyabr 2020

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda və narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, daxil olmuş məlumat əsasında Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən rayon sakini Nazim Əliyev saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun əlindəki torbadan 40 ədəd kibrit qutusunda satış məqsədi ilə qablaşdırılmış 200 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib, baxış zamanı mənzilindən 1 ədəd qoşalüləli “TOZ-16” markalı ov tüfəngi və 28 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Sail Ağasəlim

Digər xəbərlər