Saatlı və Tərtər sakinlərindən odlu silah götürülüb

Saatlı və Tərtər sakinlərindən odlu silah götürülüb
# 09 sentyabr 2020 12:29 (UTC +04:00)

Saatlı və Tərtər rayon sakinlərindən sənədi olmayan of tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Soltanabad kənd sakini R.İslamovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.

Bundan başqa , Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Kəngərli kənd sakini İ. Həsənovanın evindən “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR