Saatlıda ata oğlunu öldürmək istəyib

Saatlıda ata oğlunu öldürmək istəyib
# 09 aprel 2021 12:00 (UTC +04:00)

Saatlıda atası tərəfindən ölümlə hədələnən oğul polisə müraciət edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ötən gün Rayon Polis Şöbəsinə müraciət edən Mircəlal kənd sakini F.İsmayılov həmin gün sərxoş olan atası İ.İsmayılovun onu ov tüfəngi ilə öldürəcəyi ilə hədələdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.İsmayılovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR