Saatlıda baş verən qəzada sürücü ağır yaralanıb

Saatlıda baş verən qəzada sürücü ağır yaralanıb
# 27 fevral 2020 22:48 (UTC +04:00)

Saatlıda iki avtomobil toqquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Qazanbatan kəndi ərazisində qeydə alınıb.

Rayonun Qaranuru kənd sakini, 1977-ci il təvəllüdlü Səmədov Ellman Güloğlan oğlunun idarə etdiyi “VAZ 21099” markalı avtomobil “Ford” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 21099” markalı avtomobilin sürücüsü ağır kəllə-beyin travması ilə Bakıya Neyrocərrahiyə mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR