Saatlıda bıçaqlanma olub

Saatlıda bıçaqlanma olub
# 02 dekabr 2019 20:14 (UTC +04:00)

Saatlı rayonunda bıçaqlanma baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Qırağlı kənd sakini, 1989-cu il təvəllüdlü Astanov Nurəli Taleh oğlu bıçaqlanıb. O, kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR