Saatlıda fərdi yaşayış evində yanğın olub

Saatlıda fərdi yaşayış evində yanğın olub
# 31 yanvar 2021 22:48 (UTC +04:00)

Saatlı rayonunda yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının tavanı 70 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR