Saatlıda iki maşın toqquşub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO

Saatlıda iki maşın toqquşub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO
# 17 yanvar 2020 14:59 (UTC +04:00)

Xəbərə fotolar əlavə edilib.

***

Saat 14:06

Saatlıda baş verən qəzada xəsarət almış şəxs xəstəxanada ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Azadakənd kənd sakini, 1956-cı il təvəllüdlü Cəfərov Nizami Kamran oğlu Şirvan xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

***

09.49

Saatlı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Qaranuru kəndi ərazisində qeydə alınıb.

“Mitsubishi” markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar müxtəlif dərəcəli xəsarətlərlə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR