Saatlıda itkin düşən qadının kanalda batdığı ehtimal olunur

Saatlıda itkin düşən qadının kanalda batdığı ehtimal olunur
# 30 yanvar 2021 11:12 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Mirzəyeva Afət Xanlar qızının bir neçə gün əvvəl naməlum şəraitdə itkin düşməsi və onun yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndi ərazisindəki su kanalında batmasına əsaslı şübhələrin olması barədə məlumat daxil olub.

APA FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar olaraq, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR