Saatlıda mağazadan odlu silah oğurlayan şəxs tutulub - FOTO

Saatlıda mağazadan odlu silah oğurlayan şəxs tutulub - FOTO
# 18 dekabr 2019 12:57 (UTC +04:00)

Dekabrın 16-da Saatlı rayonu Qazanbatan kənd sakini Rəhim Hüseynov Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan ümumi dəyəri 2000 manat olan tütün məmulatlarının, ərzaq məhsullarının, telefon danışıq kartlarının, 200 manat nağd pulun və ov silahının oğurlandığı barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan APA-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Şirinbəy kənd sakini, əvvəllər məhkum olunmuş Aynur Mövsümov saxlanılıb.

Dindirilmə zamanı A.Mövsümov əməlini etiraf edib.

Faktla bağlı olaraq Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR