Saatlıda minik avtomobili ilə motosiklet toqquşub, bir nəfər ölüb

Saatlıda minik avtomobili ilə motosiklet toqquşub, bir nəfər ölüb
# 07 sentyabr 2020 13:11 (UTC +04:00)

Sentyabrın 5-də saat 23 radələrində Saatlı rayonunun Musalı kəndi ərazisində Naharlı kənd sakini İ. İbrahimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə şəhər sakini İlham Salmanovun idarə etdiyi motosiklet toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən İ. Salmanov sentyabrın 6-da orada ölüb.

Saatlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR