Saatlıda müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib

Saatlıda müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib
  • Clock-gray 16:47
  • calendar-gray 07 Aprel 2021

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə,  Saatlı rayon sakini Rəhim Rzayev koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. R. Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Əlibəy Zeynallı

Digər xəbərlər