Saatlıda oğul anasını ehtiyatsızlıqdan güllələyərək öldürüb

Saatlıda oğul anasını ehtiyatsızlıqdan güllələyərək öldürüb
  • Clock-gray 14:30
  • calendar-gray 18 İyul 2020

Saatlı rayonunda oğul anasını güllələyərək öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Kamallı kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Qənbərov Raciv Zabil oğlu ehtiyatsızlıqdan anası, 1966-cı il təvəllüdlü Tavuz Fərman qızı Qənbərovanı ov tüfəngindən açdığı atəşlə güllələyib. Qadın aldığı güllə yarasından hadisə yerində həyatını itirib.

Hadisənin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən dəqiqləşdirilir.

Faktla bağlı Saatlı Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Əlibəy Zeynallı

Digər xəbərlər