Saatlıda qanunsuz işlədilən trenajor zalı aşkarlanıb, 5 nəfər cərimələnib

Saatlıda qanunsuz işlədilən trenajor zalı aşkarlanıb, 5 nəfər cərimələnib
# 15 dekabr 2020 12:13 (UTC +04:00)

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan APA-ya verilən məlumata görə, bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon ərazisində qanunsuz şəkildə istifadə olunan trenajor zalı aşkar olunub.

Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyini müəyyən edib.

Məkana baxış zamanı 5 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR