Saatlıda ər arvadını öldürüb - YENİLƏNİB

Saatlıda ər arvadını öldürüb - YENİLƏNİB
  • Clock-gray 18:20
  • calendar-gray 11 Noyabr 2020

Saatlıda arvadını qətlə yetirən kişi tutulub.    

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Orta Muğan kəndində qeydə alınıb. Həmin kəndin sakini, 32 yaşlı Şirinov Qadir Əyyub oğlu həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əliyeva Aynur Asif qızını bıçaqlayaraq qətlə yetirib.

Q.Şirinov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Saatlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***

saat 17:12

Saatlıda ər arvadını qətlə yetirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Əliyeva Aynur Asif qızı əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. 

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

Digər xəbərlər