Saatlıda toy məclisi təşkil edənlər cərimələnib - FOTO

Saatlıda toy məclisi təşkil edənlər cərimələnib - FOTO
  • Clock-gray 10:33
  • calendar-gray 03 Fevral 2021

Fevral ayının 2-də Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Bəylər kənd sakini B. Ağamirzəyev yaşadığı evin həyətində qonaqların iştirakı ilə gizli şəkildə yığcam toy mərasimi təşkil etdiyi müəyyən edilib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, məclisin təşkilatçısı və iştirak edənlər barədə inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.

Səlcuq Elçin

Digər xəbərlər