Sabirabad sakini avtomobillə yeznəsini vurub

Sabirabad sakini avtomobillə yeznəsini vurub
  • Clock-gray 01:47
  • calendar-gray 13 Dekabr 2019

Sabirabad sakinini avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Sabirabad rayonunun Moranlı kəndndə qeydə alınıb.

Kənd sakini, 1981-ci il təvəllüdlü Əsədov Musa Ərzuman oğlu, qaynı – 1986-cı il təvəllüdlü Abbasov Elçin Səfəralı oğlunun idarə etdiyi “QAZ 31” markalı avtomobillə vurulub. Qohumların bildirdiyinə görə, iki aydır ki, yeznə ilə qayın arasında yaşanan münaqişə M.Əsədovun ağır xəsarətlər almasına səbəb olub.

M.Əsədov Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun paytaxt xəstəxanalarından birinə göndəriləcəyi gözlənilir.

 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Əlibəy Zeynallı

Digər xəbərlər

Arxiv

date