Sabirabad sakinindən 3 kq narkotik götürülüb - FOTO

Sabirabad sakinindən 3 kq narkotik götürülüb - FOTO
  • Clock-gray 11:24
  • calendar-gray 28 Yanvar 2021

Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik əldə edib saxlamaqda şübhəli bilinən şəxsin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiki qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən rayonun Qalaqayın kənd sakini Qasım Orucovun yeri müəyyən edilərək Polis Şöbəsinə gətirilib.

Davam etdirilən ədbirlərlə Q. Orucovun həmin kənd ərazisində yerləşən evinə baxış keçirilən zaman həyətyanı sahədəki tikilidə karton qutularda gizlətdiyi 3 kiloqramdan artıq qurudulmuş marixuanada aşkar edilərək götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirlir.

Səlcuq Elçin

Digər xəbərlər