Sabirabad sakinindən narkotik götürülüb

Sabirabad sakinindən narkotik götürülüb
# 28 dekabr 2019 14:02 (UTC +04:00)

Sabirabad sakinindən narkotik götürülüb.

Daxili İşlər Nazirliiyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Muğan Gəncəli kənd sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı Qafur Həmzəyev saxlanılıb.

PB-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman torpağa basdırılmış şüşə qablarda ümumi çəkisi yarım kiloqramdan artıq olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR