Sabirabad sakinindən odlu silah götürülüb

Sabirabad sakinindən odlu silah götürülüb
# 08 fevral 2021 09:49 (UTC +04:00)

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq silah gəzdirməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Məhəmməd Vahidov Qaratuğay kəndin ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. M. Vahidovdan üzərində gəzdirdiyi müvafiq qeydiyyatı olmayan 1 ədəd tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR