Sabirabadda 3000 manat dəyərində ev quşu oğurlayan şəxs tutulub

Sabirabadda 3000 manat dəyərində ev quşu oğurlayan şəxs tutulub
  • Clock-gray 12:17
  • calendar-gray 12 Noyabr 2020

Sabirabad rayonu ərazisində ev quşları oğurlayan şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da rayon ərazisindəki həyətlərin birindən 3000 manat dəyərində 100 ev quşu oğurlamaqda şübhəli bilinən şəhər sakini Z.Əlizadə saxlanılıb. 

Sail Ağasəlim

Digər xəbərlər