Sabirabadda avtomobil kanala aşıb, sürücü ölüb

Sabirabadda avtomobil kanala aşıb, sürücü ölüb
# 23 mart 2021 12:11 (UTC +04:00)

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 22-də saat 18 radələrində Sabirabad rayonunun Həşimxanlı kəndi ərazisində Ətcələr kənd sakini Ə. Ağayev idarə etdiyi “QAZ-31105” markalı avtomobili yolun kənarındakı kanala aşırıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR