Sabirabadda avtomobil kanala aşıb, sürücü ölüb - FOTO

Sabirabadda avtomobil kanala aşıb, sürücü ölüb - FOTO
# 20 yanvar 2021 18:15 (UTC +04:00)

Sabirabadda avtomobil kanala aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Rüstəmli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1964-cü il təvəllüdlü Şükürov Heybət Mürvət oğlunun idarə etdiyi "QAZ 24" markalı avtomobil idarəetməni itirərək su kanalına aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR