Sabirabadda beş uşaq atası çayda batıb - YENİLƏNİB

Sabirabadda beş uşaq atası çayda batıb - YENİLƏNİB
  • Clock-gray 16:12
  • calendar-gray 25 İyun 2020

Sabirabadda Kür çayında batan şəxsin kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Ulacalı kəndi ərazisində kafedə yeyib-içən Hacıqabul rayonu Qarasu sakini, 1956-cı il təvəllüdlü Soltanov Teymur Məhəmmmədrza oğlu Kür çayına yıxılıb.

Hazırda onun axtarışları davam etdirilir. 

Qeyd edək ki, Kürdə batan şəxs 5 uşaq atasıdır.

***

saat 15:46

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Quruzma kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

APA Nazirliyin saytına istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

apa-logo-mini

Digər xəbərlər