Sabirabadda ev yanıb, xəsarət alanlar var

Sabirabadda ev yanıb, xəsarət alanlar var
# 01 fevral 2021 09:06 (UTC +04:00)

Sabirabad rayonunda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonun Rüstəmli kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR