Sabirabadda qəza zamanı xəsarət alan İmişli sakini dünyasını dəyişib - YENİLƏNİB

Sabirabadda qəza zamanı xəsarət alan İmişli sakini dünyasını dəyişib - YENİLƏNİB
# 01 yanvar 2021 10:55 (UTC +04:00)

Sabirabadda qəza zamanı ağır xəsarət alan İmişli sakini dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə dekabrın 31-də Sabirabad-Saatlı yolunun Qalağayın kəndi ərazisindən keçən hissəsində qəza baş verib.

“VAZ 2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə Xaçmaz sakini, 1996-cı il təvəllüdlü İsmayılov Tərlan Süleyman oğlu və İmişli sakini, 28 yaşlı Şükürzadə Toğrul Cənnət oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

T. Şükürzadə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

31 dekabr 2020-ci il, saat 23.39

Sabirabad-Saatlı yolunun Qalağayın kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “VAZ 2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə Xaçmaz sakini, 1996-cı il təvəllüdlü İsmayılov Tərlan Süleyman oğlu və İmişli sakini, 28 yaşlı Şükürzadə Toğrul Cənnət oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR