Sabirabadda qəzada minik avtomobilinin sürücüsü ölüb - FOTO

Sabirabadda qəzada minik avtomobilinin sürücüsü ölüb - FOTO
# 28 iyun 2020 11:57 (UTC +04:00)

Sabirabadda baş verən qəzada sürücü ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Polad Toğayı kəndində baş verib.

“Mercedes” markalı yük avtomobili Sabirabad rayonunun Polad Toğayı kənd sakini, 1980-ci il təvəllüdlü Əsgərov Şamxal Nazim oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub. Sonuncunun sürücüsü Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü aldığı xəsarətlərdən keçinib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR