Sabirabadda yaşayış yerini tərk edən koronavirus xəstələri barəsində cinayət işi başlanıb

Sabirabadda yaşayış yerini tərk edən koronavirus xəstələri barəsində cinayət işi başlanıb
# 02 dekabr 2020 16:04 (UTC +04:00)

Sabirabadda yaşayış yerini tərk edən koronavirus xəstələri barəsində cinayət işi başlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən reydlər zamanı COVID-19 virusuna yoluxmuş Sabirabad rayon sakinləri - 1964-cü il təvəllüdlü Əkbərov Qubad Əkbər oğlu, 1986-cı il təvəllüdlü Haqverdiyev Elçin Mirnəsib oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Xəyal Murad oğlu yaşadıqları ünvanları özbaşına tərk etdikləri müəyyən edilib. Onlar yaşadıqları evlərə qaytarılıb. Toplanan materiallar əsasında hər 3 şəxs barəsində Sabirabad RPŞ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR