Sabirabadda yol qəzasında sürücü ağır xəsarət alıb

Sabirabadda yol qəzasında sürücü ağır xəsarət alıb
# 22 mart 2021 02:17 (UTC +04:00)

Sabirabadda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul - Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Saatlı rayonunun Qıraqlı kənd sakini, 1979-cu il təvəllüdlü Hümbətov Aftandil Vəli oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobil yoldan çıxararaq dəmir dirəyə çırpılıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR