Şabranda 26 yaşlı oğlan bıçaqlanıb

Şabranda 26 yaşlı oğlan bıçaqlanıb
# 14 fevral 2020 11:26 (UTC +04:00)

Şabran rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon sakini, 1994-cü il təvəllüdlü Məhsimov Həkim Elşən oğlu müxtəlif bıçaq xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.

Hadisəni törətməkdə şübhəli bilinən Şabran rayonu sakini, 1992-ci il təvəllüdlü Həmidov Məmmədşah Rasim oğlu saxlanılıb.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR