Şabranda ata oğlunu güllələyib

Şabranda ata oğlunu güllələyib
# 15 yanvar 2021 10:25 (UTC +04:00)

Şabran rayonunda güllələnmə faktı baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Pirəmsən kəndində qeydə alınıb. Həmin kənddə yaşayan Teyyub Məmmədovun oğlu Ürfan Məmmədov arasında mübahisə düşüb. Mübahisə zəminində ata oğlunu qorxutmaq məqsədilə həyətdə olan vaqona atəş açıb. Güllə vaqona dəyəndən sonra qırmalardan bir neçəsi 37 yaşlı Ürfana dəyib. Sol gözünün qaş nahiyəsindən xəsarət alan Ü. Məmmədov Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti yaxşıdır.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR